U-14 komandası finalda
"Neftçi” PFK-nın 14 yaşadək futbolçulardan ibarət komandası U-14 Liqasının finalına vəsiqə qazanıb. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 1/2 finalda "Qəbələ”yə qalib gəlməklə buna nail olublar. Bakıdakı ilk oyunda 1:2 hesabı ilə məğlub olmuş komandamız Qəbələdə 3:2 hesablı qələbə qazanmaqla mərhələ adlayıb. "Neftçi”nin heyətində Musa Qurbanlı "dubl”a imza atıb. Komandamızın digər qolunu isə Mehmet Serin vurub.

Qeyd edək ki, "Neftçi” həlledici görüşdə "İnter” – "Bakı” cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 801 dəfə oxundu.