Azərbaycan millisi “UEFA U-17” Avropa çempionatında çıxışını qalibiyyətlə başa vurub
Mayın 11-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının “A” qrupunda üçüncü turun matçları yekunlaşıb.

Azərbaycan millisi qrup mərhələsinin sonuncu oyununda Şotlandiya yığmasına 1:0 hesabı ilə qalib gəlib. Yığma komandamız final fitinə bir dəqiqə qalmış Fərid Nəbiyevin qolu ilə qalibiyyəti rəsmiləşdirib.

“8-ci Kilometr” qəsəbə stadionunda oynanılan görüşü norveçli baş hakim Sveyn-Erik Edvartsen idarə edib. Qarşılaşmada millimizin start heyətində meydana Murad Popov, Hüseyin Seyliqli, Ricat Qarayev, Elçin Əsədov (k), İbrahim Qədirzadə, Fərid Nəbiyev, Metin Güler, Doğukan Oksuz, Pilağa Mehdiyev, İsmayıl Karakaş, Barış Ekincier və Süleyman Əhmədov çıxıblar.

Şotlandiya yığmasının heyətində isə meydana Kieran Rayt, Dan Meredit, Aidan Uilson, Daniel Baur, Liam Heqarti, Fraser Hornbi, Liam Burt (k), Kayl Makallister, Cek Aytçison, Zak Rudden və Konnor Maklennan çıxıblar.

Beləliklə, Avropa çempionatında çıxışını yekunlaşdıran millimiz qrupda dörd xalla üçüncü pillədə qərarlaşıb. Portuqaliya qrupda birincisi, Belçika isə ikinci yeri tutaraq dörddəbir finala vəsiqə qazanıb.

Xəbər 705 dəfə oxundu.