Cüdo yığmamızdan təlim-məşq toplanışı
Bu gün Heydər Əliyev adına İdman Sarayında Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. Toplanış millimizin əvəzedici heyəti, yeniyetmə və gənc cüdoçular, həminçinin paralimpiyaçılarımızın iştirakı ilə baş tutub.

Məşqlərə millinin əsas üzvlərindən yalnız Orxan Səfərov qatılıb.

Qeyd edək ki, milli komandamızın aparıcı cüdoçularına, bu gün, gecə saatlarında Qazaxıstanda keçiriləcək Almata Qran-Prisinə yola düşmələri səbəbindən istirahət verilib.

Xəbər 1018 dəfə oxundu.