Taekvondoçuların Las Veqas sınağı
Milli komandamız Dünya Taekvondo Federasiyasının (WTF) daha bir “G2” kateqoriyalı yarışında - ABŞ açıq çempionatında (“US Open”) iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, yığma kollektiv 21-24 fevralda Las Veqasda beynəlxalq turnirə koreyalı mütəxəssis, məşqçi Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sunmi Parkın rəhbərliyi ilə yollanacaq.

Komandamızın heyəti Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarətdir.

Qeyd edək ki, qarşıdakı yarış, London olimpiadasına vəsiqə qazanmış bir çox idmançıların iştirakı baxımından da böyük maraq doğurur. Birləşmiş Ştatlarda bu mütəbər turnirin qalibləri beynəlxalq reytinqlərinə 20 xal, mükafatçılar isə müvafiq olaraq 15 və 10 xal əlavə edəcəklər. Fevralın 18-də səfərə çıxacaq taekvondoçularımız, vətənə ayın 27-də dönəcəklər.

Xəbər 1180 dəfə oxundu.