Daha 2 komanda ilk “altılıq” mübarizəsindən qopdu
Bu gün Unibank Premyer Liqasının XX turu başa çatıb. İdman.com.az saytının məlumatına görə, görüşün biri paytaxtda, digərləri əyalətdə keçirilib. Günün ilk matçı “Simurğ”un “altılıq” arzusunun üstündən xətt çəkib. Evdə “Qəbələ”ni qəbul edən Zaqatala klubu minimal hesablı məğlubiyyətlə, son şansını da itirib. Dünən, AzAL səfərdə “Xəzər Lənkəran”a uduzmaqla, bu istiqamətdə vəziyyətini daha çətinləşdirib.

“Kəpəz” isə, doğma divarlar arasında “İnter”ə uduzmaqla, növbəti mərhələyə adlamaq şansını əldən verib. Digər qarşılaşmada “altılıq” uğrunda mübarizədən hələ qopmayan “Rəvan” Bakıda “Turan”ı qəbul edib. Üstün oyun nümayiş etdərən debütant Tovuz klubunu məğlub edib.

16 fevral

"Kəpəz" - "İnter" - 0:1
Qol: Nizami Hacıyev, 88
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

"Rəvan" - "Turan" - 2:1
Qol: Nemanya Vidakoviç, 17; 45+1 - Cavid Tağıyev, 45
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
İlk dövrədəki oyun – 1:0

"Simurq" - "Qəbələ" - 0:1
Qol: Viktor Mendi, 81
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:0

Xəbər 1002 dəfə oxundu.