Bədii gimnastlarımız Fransa və Çexiyada beynəlxalq turnirlərdə uğurla çıxış ediblər
Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə “Souvenir Véronique De Kristoffy” adlı beynəlxalq turnir keçirilib.

İdmançımız Marina Durunda yarışda 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent). Altıncı gümüş medalı M.Durunda komanda hesabında Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə G.Şəfizadə və İ.Məmmədova müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.

Həmçinin, gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” beynəlxalq turnirdə iplə hərəkətlərdə gimnastımız Veronika Qudis sahib olub.

Xəbər 671 dəfə oxundu.