Cüdo hakimləri və məşqçilər üçün seminar keçirilib
Bu gün Avropa otelində hakimlər və məşqçilər üçün seminar keçirilib. Seminarı Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Churlia keçiriblər.

Beynəlxalq seminarda müxtəlif yarışlarda mübahisəli vəziyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın və yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və s. texniki-taktiki aspektlər geniş müzakirə olunub. Müvafiq video materiallar üzərində fikir mübadiləsi aparılıb. 100-ə yaxın iştirakçının olduğu seminarda hakim və məşqçilərimizin fəallıq göstərərək əksər suallara doğru cavab verməsi və vəziyyətlərə aid maraqlı suallar vermələri seminar rəhbərlərini razı salıb. Təmsilçilərimizin bu fəallığı müsbət hal kimi qiymətləndirilib.

Sonda seminar iştirakçıları alqışlarıyla əcnəbi mütəxəssislərə təşəkkürlərini bildiriblər.

Xəbər 761 dəfə oxundu.