Azərbaycan kikboksçusu 7-ci dəfə Avropa çempionu titulunu qazanıb
Buxarestdə kikboksun WKA versiyası üzrə Avropa çempionatı keçirilib.

Turnirdə 18 ölkədən 460 idmançı iştirak edib.

Azərbaycanın idman şərəfini 8 kikboksçu qoruyub. Təmsilçilərimizdən Eduard Məmmədov (60 kq) Avropa çempionu tituluna sahib olub. İyirmi ikiqat dünya çempionu Avropada 7-ci qələbəsini qazanıb.

Sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov (91 kq) isə ikinci yerin sahibi olub. Bundan əlavə, gənc və yeniyetmə idmançılarımız da bu yarışda uğurla çıxış ediblər.

Xəbər 1951 dəfə oxundu.