Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan kubokunun final matçına ev sahibliyi edəcək
Futbol üzrə Azərbaycan kuboku yarışlarının final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Mayın 25-də keçiriləcək görüşdə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcək. Görüşün başlama saatı hələ bəlli deyil. Nominal meydan sahibi isə “Qarabağ” olacaq.

Qeyd edək ki, Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansında olsa da, “Qarabağ” tərəfindən icarəyə götürülüb.

Xəbər 517 dəfə oxundu.