Əvəzedicilərin oyununda 3 qol
Bu gün əvəzedicilərin yarışında XXXIV turun oyunları keçirilib. Günün son matçında çempionatın liderləri üz-üzə gəlib. XXXII turdan sonra çempion titulunu təmin edən “Qəbələ” 2-ci pillədə qərarlaşan “Qarabağ”ın qonağı olub. Oyunun gərgin mübarizə şəraitində keçən ilk hissəsində qapılara qol vurulmayıb. Qarşılıqlı hücumlar təşkil edən komandalar rəqibin müdafiə səddini yarmaqda çətinlik çəkib. Fasilədən sonra meydan sahibləri istəyinə çatıb. Matçın sonunadək 3 qol vuran “Qarabağ” 2-ci pillədəki mövqeyini qoruyub.

Xəbər 722 dəfə oxundu.