“Tour d`Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatdı
Beş mərhələdən ibarət “Tour d`Azerbaidjan-2016” beynəlxalq velosiped turu mayın 8-də başa çatıb.

Beşinci - sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət etməkdə yarışıblar. Bu mərhələnin qalibi Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.

Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.

Xəbər 663 dəfə oxundu.