Cavadovun cəriməsini “Qarabağ” ödəcəyək
“Qarabağ” klubu Vaqif Cavadovun millidən imtina etməsinə görə kəsilən 5000 manatlıq cəriməni özü ödəyəcək. İdman.com.az xəbər verir ki, AFFA tərəfindən 5 oyunluq diskvalifikasiya olunan futbolçunun cəzasının yüngülləşdirilməsi üçün futbol qurumuna müraciət olunacağı gözlənilsə də, Ağdam klubu buna da ehtiyac duymayıb.

Belə olan halda, böyük ehtimalla, Cavadov komandasının daha 4 matçda forma geyə bilməyəcək. O, yalnız “altılıq” oyunları zamanı “Qarabağ”a dönüşünü qeyd etmək imkanı qazanacaq.

Xəbər 1038 dəfə oxundu.