Muay-tay idman növü üzrə Azərbaycan millisi üç qızıl medal qazanıb
İdmanın muay-tay növünün WTKA versiyası üzrə Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan milli komandası üç qızıl medal qazanıb.

Çempionatda beş idmançı ilə təmsil olunan yığmamızı gənclərin yarışında təmsil edən Mirfaiq Qəniyev (51 kq) qızıl medala layiq görülüb.

Böyüklərin yarışında isə Adil Məmmədzadə (67 kq) və Əbdürrəhman Abdullayev (54 kq) qızıl medallara sahib olublar.

AZƏRTAC

Xəbər 756 dəfə oxundu.