Kanales sıraya döndü
"Neftçi"nin hücumçusu Nikolas Kanales sıraya dönüb. Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Zirə" ilə oyunda zədələnən futbolçu artıq məşqlərə başlayıb.

Onun 34-cü turun "Kəpəz"lə oyununda iştirak ərizəsində yer alması istisna olunmur. Qeyd edək ki, Kanales "Neftçi"yə qışda gəlsə də, artıq üç dəfə zədələnərək sıradan çıxıb.

Xəbər 718 dəfə oxundu.