Azərbaycan su poloçuları U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanıblar
Mayın 6-da Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirındə İsveçrə millisi üzərində 17-10 hesabı ilə qalıb gələn Azərbaycan vaterpolçuları üçüncü qarşılaşmanın nəticələrindən asılı olmayaraq U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.

Turnirin digər qarşılaşmasında isə Rumıniya və Moldova yığmaları yarışıblar. Peşəkar oyunu ilə seçilən rumınlar 21-9 hesabı ilə qalib gəliblər. Hər iki oyunda qalib gələn Azərbaycan və Rumıniya milliləri bu gün üz üzə gələcəklər. Bu komandalar birinci və ikinci yer uğrunda mübarizə aparacaqlar. Hər iki oyunda məğlub olan İsveçrə və Moldova su poloçuları isə 3-4-cü yer uğrunda yarışacaqlar. Bu gün turnirə yekun vurulacaq.

Xəbər 556 dəfə oxundu.