“İqtisadçı”da bir gün oynadı
“İqtisadçı” yeni transfer etdiyi dominikanlı voleybolçu Prisilla Rivera ilə yollarını ayırıb. İdman.com.az saytının məlumatına görə, buna səbəb voleybolçunun hazırkı durumunun yeni baş məşqçi Bülənt Karslıoğlunu qane etməməyi olub. Belə ki, razılaşmaya əsasən Rivera ilə oyununa görə müqavilənin müddəti dəqiqləşməli imiş.

Lakin onun özünü yaxşı tərəfdən göstərə bilməməsi və “İqtisadçı”nın CEV kuboku ilə vidalaşması voleybolçu ilə yolların ayrılmasına gətirib çıxarıb. O, bu gün vətəninə yola salınacaq.
Qeyd edək ki, Rivera “İqtisadçı”nın heyətində cəmi 1 oyuna çıxmışdı. Həmin görüşdə də universitet komandası “Lokomotiv”ə 0:3 hesabı ilə uduzmuşdu.

Xəbər 975 dəfə oxundu.