Olimpiadaya vəsiqə verən son Dünya təsnifat turnirində ikinci gün
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb.

İkinci yarış günündə qadın güləşçilər mübarizə aparacaq.

63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL)

75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova

İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri 19:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Xəbər 657 dəfə oxundu.