Neftçala Azərbaycan çempionu oldu
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun oyunları keçirilib. Səfərdə “Mil-Muğan”ı məğlub edən “Neftçala” klubu Birinci Divizionun 2015/2016-cı illər mövsümünün qalibi adını qazanıb.

Gümüş mükafatın sahibi “Qaradağ Lökbatan”dır. Birinci Divizionda bürünc medalın sahibi isə son turda müəyyənləşəcək.

Birinci Divizion
25-ci tur
6 may

“Bakı” - “Bakılı” - 3:0
Qollar: Salman Altuxanov, 3. Valeh Seyidov, 26-pen. Habil Nurəhmədov, 51.

“Zaqatala” - “Turan Tovuz” - 5:2
Qollar: Elnur Soltanlı, 12. Elvin Nəsibov, 24. Elmir Sulxayev, 37. Oruc Balaşlı, 46. Arzuman Nəsibov, 50 - Vüsal Qarayev, 53. İlkin Rzayev, 83.

“Energetik” - “Göyəzən” - 1:2
Qollar: Tural Məmmədov, 88-pen. - Anar Hümbətov, 52. Nəriman Hüseynov, 60.

“Ağsu” - “Qaradağ Lökbatan” - 3:2
Qollar: Malik Babayev, 25. Elnur Səmədov, 50. Qalib Əmrahov, 90 - Sabir Allahquliyev, 35. Raul Yaqubzadə, 38.

“Mil-Muğan” - “Neftçala” - 0:1
Qol: David Janelidze, 62-pen.

“Şəmkir” - MOİK - 1:2
Qollar: Orxan Məmmədov, 4 - Röyal Nəcəfov, 20-pen. Orxan Həsənov, 65.

“Şahdağ” – “Şərurspor” oyunu baş tutmayıb. Bu oyunla bağlı qərarı İntizam Komitəsi verəcək.

Xəbər 697 dəfə oxundu.