Juboksinq citsu üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində juboksinq citsu üzrə açıq Bakı çempionatı keçirilib.

Çempionatda 14 klubdan 350 idmançı mübarizə aparıb.

Nəticələrə görə, Məmməd Hakimov, Yusif Əmirov, Samir Həsənov, Kazım Əliyev, Qasım Qasımov, Əli Məmmədov, Sadiq Məmmədov, Ruslan İlyasov, Sabir Mansurov və Qiyas Kərimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 827 dəfə oxundu.