“PAŞA Bank” ilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb
Mayın 6-da Azərbaycanın ən iri banklarından olan “PAŞA Bank” ilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Əldə olunan razılığa əsasən “PAŞA Bank” BŞH-nin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi qarşıya məqsəd qoyulub.

Memorandumu “PAŞA Bank”ın idarə heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim imzalayıblar.

Xəbər 779 dəfə oxundu.