Millimiz beynəlxalq turniri 3 qələbə, 2 məğlubiyyətlə başa vurdu
Xəbər verdiyimiz kimi, Qırğızıstanın paytaxtı Bişkekdə "Qələbə Kuboku 2016" beynəlxalq basketbol turniri keçirilib. Bu yarışda iştirak edən U-16 milli yığmamız turniri üç qələbə və iki məğlubiyyətlə başa vurub.

Ümumiyyətlə, Samit Nuruzadənin yetirmələri turnir boyu əzmkar oyun sərgiləyərək yadda qalıblar. Belə ki, may ayının 5-də keçirilən son qarşılaşmada onların turnirin qalibi BK "Kaspi" (Aktau) komandasını 16 xal fərqi ilə - 78:61 (29-7; 16-14; 10-24; 23-16) məğlub etməsi gənc basketbolçularımızın daha yüksək zirvələri fəth etməyə qadir olduğlarını bir daha sübut etdi.

Xəbər 787 dəfə oxundu.