Böyük Dəbilqə turnirinə start verildi
Bu gün səhər saatlarında Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə əklil və gül qoyublar, ruhuna dualar oxuyublar. Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Saat 10:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər turnirə mayın 8-də yekun vurulacaq.

Xəbər 741 dəfə oxundu.