AÇ-də daha dörd oyun | |
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Bu gün qrup mərhələsinin 1-ci turu çərçivəsində C və D qrupunun qarşılaşmaları keçiriləcək. Öncə meydana D qrupunda mübarizə aparan kollektivlər çıxacaqlar. İtaliya Serbiyanı, Hollandiya isə İspaniyanı sınağa çəkəcək. Axşam saatlarında isə C qrupunda Fransa Danimarkayla, İngiltərə İsveçlə qarşılaşacaq. 17 yaşlıların Avropa çempionatı 1-ci tur 6 may D qrupu 14:00. İtaliya - Serbiya Baş hakim: Mitya Zqaneç (Sloveniya). Bakı. "Azərsun Arena". 15:30. Hollandiya - İspaniya Baş hakim: Fran Yoviç (Xorvatiya). Bakı. "Dalğa Arena". C qrupu 19:00. Fransa - Danimarka Baş hakim: Ville Nevalaynen (Finlandiya). Bakı. "Dalğa Arena". 19:00. İngiltərə - İsveç Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç). Bakı. "Azərsun Arena". |
|
Xəbər 704 dəfə oxundu. |
|
|