UEFA U-17 Avropa çempionatı: “A” qrupunda Belçika – Şotlandiya oyunu keçirilir
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının “A” qrupu çərçivəsində növbəti görüşə start verilib.

8-ci kilometr stadionunda millimizlə eyni qrupda yer alan Belçika və Şotlandiya komandaları qarşılaşırlar. Görüşün baş hakimi slovakiyalı Peter Kraloviçdir. Baş hakimin köməkçiləri Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadisdir (Yunanıstan). Dördüncü hakim funksiyasını isə həmyerlimiz Orxan Məmmədov yerinə yetirir.

Matçın UEFA nümayəndəsi Ludovico Micallef (Malta), hakim inspektoru isə rusiyalı Nikolay Levnikovdur.

Xəbər 929 dəfə oxundu.