Dik Advokat: Səmədov ümidini itirməsin
Rusiya yığmasının baş məşqçisi Dik Advokat azərbaycanlı futbolçu Aleksandr Səmədova dəvət göndərməməyinə aydınlıq gətirib. İdman.com.az saytının məlumatına görə, niderlandlı mütəxəssis ötən seçmə mərhələnin son rəsmi oyunlarında çağırıb, axırıncı dəqiqələrində meydana buraxdığı Moskva “Dinamo”sunun sağ cinah yarımmüdafiəçisinə Danimarka yığması ilə fevralın 29-da səfərdə yoldaşlıq görüşünə açıqladığı siyahıda yer verməyib.

Advokat soydaşımızın bu dəfə kənarda qalmağına görə narahatçılığa əsas görmür. O, ümidi itirməməyi məsləhət görür: “Kimləri, o cümlədən Səmədovu çağırmadığıma görə ruhdan düşməyə dəyməz. Əgər Avropa çempionatı haqda danışsaq, onda hələ 3 vakant yer var.

Sadəcə, indi Danimarka ilə oyuna Aleksandr Kokorini dəvət etməyi qərara aldıq. Üstəlik, sağ cinahda Andrey Arşavinlə Alan Dzaqoyev oynaya bilər. Ümumiyyətlə, indidən uzaq görən nəticə çıxartmağa dəyməz. Həlledici Rusiya çempionatının oyunları olacaq”.

Xəbər 961 dəfə oxundu.