Bu gün 17 yaşadək futbolçular arasında sayca 34-cü Avropa çempionatı start götürəcək
Bu gün Bakıda start götürən 17 yaşadək futbolçular arasında Avropa çempionatı bu qəbildən sayca 34-cü turnir olacaq.

Əvvəlki 33 turnirin 19-u U-16, 14-ü isə U-17-lər arasında keçirilib.

1982-ci ildə start götürən yarışın tarixində 13 komanda çempion tituluna yiyələnib. Hamıdan çox çempion olan komanda İspaniya millisidir. İspanlar 8 dəfə qalib gəliblər. Portuqaliya millisi isə 5 dəfə qitə çempionu olub. Almaniya və (AFR və ADR daxil olmaqla) və Rusiya (SSRİ nəzərə alınmaqla) 3, Fransa, Hollandiya, İngiltərə, Türkiyə isə 2 dəfə qalib gəliblər. İtaliya, Çexiya (Çexoslovakiya nəzərə alınmaqla), Polşa, İsveçrə, İrlandiya milliləri isə bir dəfə qızıl medal əldə edib.

Xəbər 650 dəfə oxundu.