Bahadır Nəsimov: Daha çox qol vura bilərdik
“Matç istədiyimiz kimi getmədi. Fasilədən sonra ilk oyun həmişə çətin olur”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun futbolçusu Bahadır Nəsimov deyib. Ölkə çempionatının 20-ci turunda “Sumqayıt”la görüşdə dubl edərək, komandasının böyükhesablı qələbəsinə töhfə verən özbək hücumçu, daha çox qol vurmaq imkanlarının olduğunu bildirib: “Sumqayıt” oyuna yaxşı başlamışdı. Amma ilk qol oyunun axarını dəyişdi. Qoldan sonra rəqib açıq oyuna üstünlük verdi. İmkanlarımız var idi. Hesab daha böyük ola bilərdi”.

Xəbər 978 dəfə oxundu.