"Neftçi"nin 4 futbolçusu Avropa çempionatında
"Neftçi” PFK-nın 4 futbolçusu may ayının 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında iştirak edəcək. Kamran İbrahimov, Elçin Əsədov, Pilağa Mehdiyev və Bahadur Həziyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə dəvət olunublar. Yığmaya digər klublarla müqayisədə daha çox "Neftçi”nin futbolçusu çağırılıb.

Qeyd edək ki, milli komandamız qrup mərhələsi çərçivəsində Portuqaliya (5 may), Belçika (8 may) və Şotlandiya (11 may) yığmaları ilə qarşılaşacaq.

Xəbər 635 dəfə oxundu.