Futbol üzrə ölkə kubokunun finalında “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq
Mayın 4-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub.

Yarımfinalın ikinci görüşündə “İnter” komandasına 1:0 hesabı ilə qalib gələn “Qarabağ” həlledici mərhələyə yüksəlib. Oyunda yeganə qolu matçın 23-cü dəqiqəsində Migel Madera vurub.

Beləliklə, ağdamlılar finalda “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Neftçi” ilə üz-üzə gələcəklər. Final görüşü mayın 25-də oynanılacaq.

Xatırladaq ki, “Qarabağ” komandası Premyer Liqada çempionluğunu artıq elan edib.

Xəbər 661 dəfə oxundu.