Sərbəst döyüş növləri üzrə açıq Bakı turnirinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Aura” İdman Kompleksində sərbəst döyüş növləri üzrə açıq paytaxt turniri keçirilib.

Yarışda 10 klubdan 280 idmançı iştirak edib.

İdmançılar 4 yaş qrupu üzrə 8 çəki dərəcəsində mübarizə aparıblar.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 611 dəfə oxundu.