“Böyük hesabla qələbə qazanacağımızı düşünmürdüm”
“Qarabağ” klubunun yarımmüdafiəçisi Georgi Adamiya Unibank Premyer Liqasının 20-ci turunda “Bakı” ilə oyununu şərh edib. İdman.com.az saytının məlumatına görə, Ağdam komandasının gürcü futbolçusu azerisport.az-a açıqlamasında 3:0 hesabı ilə qələbə qazandıqları görüşdən sonra bunu deyib:

“Düzünü deyim ki, mən belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdüm. Belə güclü komandaları bu cür hesablarla məğlub etmək həmişə xoşdu. Ümid edirəm ki, bundan sonra da yaxşı oyun göstərməyə davam edəcəyik”.


Xəbər 821 dəfə oxundu.