AZAL Muradsız hazırlaşır
Mayın 7-də “Neftçi” ilə oyuna çıxacaq AZAL-da yenə də heyətlə bağlı problem yaranıb. Seymur Əsədov, Taqim Novruzov, Kamal Mirzəyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyən baş məşqçi Tərlan Əhmədov indi də Murad Səttarlının yerini doldurmalıdır.

Belə ki, “İnter”lə oyundan əvvəl məşqdə əzələsini dartan yarımmüdafiəçi hələ də həkim nəzarətində müalicə olunur. Klub həkimlərinin rəyinə əsasən, Muradın ən azı 10 gün məşqlərdən kənarda qalması gözlənilir.

Xəbər 657 dəfə oxundu.