Milli komandamız üçün 5 yeni taekvondoçu
Bu gün para-taekvondo yığma komandanın heyətini müəyyənləşdirmək məqsədiylə idmançılar arasında seçim xarakterli döyüşlər keçirilib. 17 idmançının qatıldığı döyüşlər Azərbaycan Taekvondo Federasiyasının idman zalında baş tutub.

Nəzərinizə çatdırq ki, millinin heyətində yer alan taekvondoçular sentyabr ayında Polşanın Varşava şəhərində təşkil ediləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək. Döyüşlərdə fərqlənən idmançıların siyahısını təqdim edirik:

Anar Hüseynov (K-41,-61 kq), Sahib Xasıyev (K-44,-61 kq), Rövşən Qəhrəmanlı (K-44,-61 kq), Namiq Abbasov (K-43,-61 kq), Əbülfəz Abuzərli (K-75 kq).

Xəbər 685 dəfə oxundu.