İngiltərə, İtaliya, İspaniya və Fransa yığmasının baş məşqçiləri jurnalistlərlə görüşəcək
Mayın 5-də, saat 11:00-da, Bulvar otelin Tağıyev-2 zalında UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda çıxış edən komandaların (Fransa, Danimarka, İngiltərə, İsveç) baş məşqçilərinin mətbuat konfransı keçiriləcək. Saat 11:30-da isə D qrupunda mübarizə aparacaq yığmaların (İtaliya, Serbiya, Hollandiya, İspaniya) baş məşqçiləri media əhli ilə görüşəcək.

Xəbər 621 dəfə oxundu.