"Tur de Azərbaycanda ilk dəfə iştirak etsəm də, təəssüratlarım çox yaxşıdı"
Almaniyanın "Bora-Arqon" klubunun velosipedçisi Fil Bauhauz "Tur de Azərbaycan-2016"-nın ilk mərhələsini şərh edib. O, bunları söyləyib:

"Yürüşə yaxşı başladıq. Komandamızın 2 üzvü yetərincə yardım göstərdi. Liderimiz üzərinə düşəni etdi. Yarış bizim üçün yaxşı keçdi. Komandamızın əlavə problemi olmadı. Peşəkar səviyyəyə keçəndən sonra ilk qələbəmi qazandım. Gələcəkdə uğurları təkrarlayacağıma inanıram. Sabah dağlıq mərhələdə yarışacağıq. Bu mənim kimi sprinterlər üçün çətin olan etapdı. Ancaq son mərhələdə yenə sözümü deyəcəyimi düşünürəm. Tur de Azərbaycanda 1-ci dəfə iştirak edirəm. Təəssüratlarım çox yaxşıdı. Çoxlu azarkeşlər var idi. Təşkilatçılıq yüksək səviyyədədi. İsti iqliminiz mənə problem yaratmayacaq. Mən isti havanı sevirəm. Bütün komandaları güclü rəqib sayıram".

Xəbər 679 dəfə oxundu.