AÇ-də daha bir gümüş medal
Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub. Roman və Dmitri Saley cütlüyü ümumilikdə 2 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıb.

Xəbər 799 dəfə oxundu.