CEV prezidenti Bakıya gələcək
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer yaxın günlərdə ölkəmizə səfər edəcək. Bu barədə idman.com.az saytına AVF-in mətbuat şöbəsinin əməkdaşı Şəfəq Kərimova məlumat verib. Onun sözünə görə, qonağın Bakıya gəlişinin əsas məqsədi qadınlar arasında Çempionlar Liqasının «dördlər finalı»nın keçiriləcəyə arenanı baxışdan keçirməkdir.

Ezam çərçivəsində Meyer Azərbaycan Voleybol Federasiyasının rəsmiləri ilə də görüş keçirəcək, ölkə idmanı və voleybolun inkişafından söhbət ediləcək.
Qeyd edək ki, Avropanın ən güclü yarışının həlledici mərhələsi 24-25 martda «Sərhədçi» Olimpiya-İdman Mərkəzində təşkil olunacaq.

Xəbər 859 dəfə oxundu.