Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Matçlardan biri Qəbələdə, digəri isə Masazırda oynanılacaq. Əvvəlcə “Qəbələ” Bakının “Neftçi” klubunu qəbul edəcək. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb. Komandalar bugünədək Azərbaycan Kubokunda son oyun istisna olmaqla cəmi bir dəfə üz-üzə gəlib.

Bakının “İnter” klubu isə səfərdə “Qarabağ”la üz-üzə gələcək. Oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki “Əlincə Arena”da keçiriləcək. Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun komandası finala yüksəlməyə daha yaxındır. “Qarabağ” ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. Yarımfinal mərhələsinin ilk oyunu istisna olmaqla komandalar bugünədək Kubok oyunlarında 5 dəfə görüşüb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər.

Xəbər 633 dəfə oxundu.