Qış Olimpiya Oyunları 2018-in Təşkilat Komitəsinin rəhbəri istefa verib
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları 2018-ə məsul olan Təşkilat Komitəsinin rəhbəri Ço Yan Xo istefa verib.

Sözügedən məmur direktorlar şurasında sədri olduğu “Hanjin Group” şirkətində maliyyə problemi baş qaldırması səbəbindən postunu tərk edib. Artıq Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm nazirliyi tərəfindən Ço Yan Xonun istefası qəbul edilib.

Məlum olub ki, iş adamı bundan sonrakı fəaliyyətini növbədənkənar tədbirlərə əl atmaqla əməliyyat itkiləri ilə üzləşən “Hanjin Shipping”i xilas etməyə yönəldəcək. Adı çəkilən şirkətlərə 2018 - Qış Olimpiya Oyunlarına sponsorluq edən Cənubi Koreyanın nəhəng aviaşirkəti olan “Korean Air” də daxildir.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018–ci ildə fevral ayının 9-dan 25-dək Pxençxan şəhərində keçiriləcək.

Xəbər 673 dəfə oxundu.