İnter daha bir futbolçusunu itirdi
"İnter" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi cavab matçına hazırlığı davam etdirir. Doğma meydanda baş tutan ilk oyunda 0:4 hesabıyla uduzan "bankirlər"in heyətində itkilər var.

Belə ki, Topaz Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la oyunda ağır zədə alan Rauf Əliyev "Qarabağ"la görüşdə komandasına kömə edə bilməyəcək. Onun təxminən 10 gün istirahət etməsi lazımdır. Elə bir o qədər müddət ərzində gürcü müdafiəçi Zurab Xizanişvili də "İnter"ə kömək edə bilməyəcək. O da sumqayıtlılarla oyunda sıradan çıxmışdı.

Xəbər 642 dəfə oxundu.