Respublika şahmat festivalının qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən respublika şahmat festivalı başa çatıb.

Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən festivalda 400-dək şagird iştirak edib.

Festivalda komanda yarışları üzrə birinci yeri Ucar rayonunun, ikinci yeri Bakı şəhəri Nərimanov rayonunun, üçüncü yeri isə Mingəçevir şəhərinin komandaları tutub.

Festivalın komanda, sinif və şəxsi yarışlar üzrə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 615 dəfə oxundu.