Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək
Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək. Turnir Atıcılıq Federasiyasının dəstəyi ilə baş tutacaq.Turnirdə 20 nəfərədək paralimpiyaçı iştirak edəcək.

Qeyd edək ki, stend atıcılğı idman növü 2020-ci ildə Tokioda keçiriləcək 16-cı Yay Paralimpiya Oyunlarına daxil edilib. Bunu nəzərə alaq 2017-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində stent atıcılıgı idman növünün yaradılması planlaşdırılır.

Xəbər 796 dəfə oxundu.