“Qarabağ” futbol klubu haqda çəkilən film Qlazqoda nümayış olunacaq
“Qarabağ” futbol klubu haqda çəkilən film Qlazqoda keçiriləcək festivalda nümayiş olunacaq.

Amerikalı rejissor və ssenari müəllifi Tomas Qoltzun Ağdamın “Qarabağ” futbol klubu haqda lentə aldığı “ON Aggregate” adlı film Qlazqoda keçiriləcək “Radical Film Network Festival”da nümayiş olunacaq. Festivalda ümumilikdə 40 film təqdim olunacaq.

Bununla bağlı Tomas Qoltz müsahibəsində deyib ki, “Qarabağ”dan əvvəl futbolla tanışlığı olmayıb: “Heç futbol terminlərini də bilmirdim. Ağdam klubuna təşəkkürümü bildirirəm ki, bu komanda mənə futbolu sevdirdi. “Qarabağ” naminə fəaliyyətimi davam etdirirəm. Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. Azərbaycanlı olmasam da, buna çox təəssüfləndim. “Qarabağ” dünyada siyasi təbliğat baxımından Azərbaycan üçün dəyərli klubdur”.

Qeyd edək ki, “Qarabağ” haqda 52 dəqiqəlik sənədli filmin təqdimatı sabah keçiriləcək.

Xəbər 743 dəfə oxundu.