"Neftçi" "Qəbələ" ilə səfər oyunundan sonra Bakıya qayıtmayıb
"Neftçi" Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində qarşılaşdığı "Qəbələ" ilə səfər oyunundan sonra Bakıya qayıtmayıb. Paytaxt klubu daha üç gün Qəbələdə qalacaq.

Çünki "ağ-qaralar" mayın 4-də "Qəbələ" ilə kubokun cavab yarımfinal matçına çıxacaq. Tərəflər arasındakı ilk oyun 1:1 hesabıyla bitib.

"Neftçi"nin heyətində itki yoxdur. Amma Premyer Liqanın 33-cü turu çərçivəsində AZAL-a qarşı oyunda Ruslan Qurbanovla Rahil Məmmədov cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Xəbər 639 dəfə oxundu.