Qəbələdə Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş atıcılıq üzrə Qran-pri keçiriləcək
Qəbələdə atıcılıq üzrə beynəlxalq Qran-priyə start veriləcək.

Mayın 6-da başlayacaq yarış Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunacaq. 11 gün davam edəcək Qran Priyə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya və Qətəri təmsil edən 100-ə yaxın idmançı qatılacaq.

Qeyd edək ki, “Qəbələ” atıcılıq klubunun təməli 2012-ci ildə qoyulub. Klub Qran-prini ardıcıl üçüncü ildir təşkil edir.

Xəbər 861 dəfə oxundu.