Berti Foqts nəyi sirr saxlayır?
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts yeni köməkçisinin adını gizli saxlayır. İdman.com.az saytının məlumatına görə, almaniyalı mütəxəssis apasport.az saytının əməkdaşı ilə söhbətində, bununla bağlı suala konkret cavab verməməyi üstün tutub.

Məlum olduğu kimi, Vəli Qasımovun gedişindən sonra onun yerinə hansı azərbaycanlı məşqçinin olacağı müzakirə obyektinə çevrilib. AFFA-nın baş katibi Elxan Məmmədov namizədlər siyahısında Arif Əsədov, Nazim Süleymanov, Ramiz Məmmədov olduğunu açıqlamışdı. Ancaq əsas namizəd kimi ötən mövsüm “Neftçi”ni çempion etdikdən az sonra istefa verib, hazırda işsiz olan Əsədovdur.

Foqts sualımıza cavab verərkən, gülərək dedi: “Bəlkə bunların 3-ü də oldu? Onların hamısı millidə olsaydı, yaxşı olardı. Birgə işləyərdik, münasibətimiz yaxşı olardı. Qoy bu, sürpriz olsun”.

Xəbər 982 dəfə oxundu.