Ukrayna çempionatı 2 mərhələ və 12 komandadan ibarət olacaq
Futbol üzrə Ukrayna Premyer Liqasında komandaların sayı 14-dən 12-yə endirilib.

Belə bir qərar Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsində qəbul edilib.

Yeniliyə əsasən 2016/2017-ci il mövsümdən bu ölkədə çempionat iki mərhələdə keçiriləcək. İlkin mərhələdə komandalar iki dövrə mübarizə aparacaqlar. Komandaların mövqeləri müəyyənləşdikdən sonra ikinci mərhələdə onlar iki qrupa bölünəcəklər. İlk "6-lıq"dakı komandalar öz aralarında çempionluq və Avropa kuboklarına vəsiqə uğrunda yarışacaqlar. 7 - 12-ci yerləri tutanlar isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, 2015-2016 mövsümündə Ukrayna çempionluğunu Kiyevin “Dinamo” klubu qazanıb.

Xəbər 780 dəfə oxundu.