Azərbaycan Badminton Federasiyasının nümayəndələri beynəlxalq forumda iştirak ediblər
Sloveniyanın Podçertek şəhərində müxtəlif ölkələrin badminton federasiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib.

Tədbir zamanı federasiyalar arasında mövcud problemlər və onların aradan qaldırılması məsələləri müzakirə olunub. Forum çərçivəsində səsləndirilən əsas təkliflərdən biri badminton partiyalarının sayını 3-dən 5-dək artırmaq, oyunun hesabını isə 21-dən 11-dək azaltmaq olub.

Qeyd edək ki, sözügedən foruma Azərbaycan Badminton Federasiyasının nümayəndələri də qatılıb.

Xəbər 1620 dəfə oxundu.