Starkovun Verpakovskini milliyə çağırmaması bəlli oldu
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovla hücumçusu Maris Verpokovskisin münasibətlərində soyuqluq yaranıb. İdman.com.az saytının məlumatına görə, bu iddia ilə Latviya mətbuatı çıxış edib. “Delfi” portalı diqqəti ilk öncə “Bakı”nın “Qarabağ”la məğlubiyyətinə yönəldib:

“Bakı”nın “Qarabağ”a qarşı oyunun iştirakçıları sırasında Maris Verpakovskisin adı yox idi. Günorta isə bu futbolçunun adına millinin Qazaxıstanla matçına dəvət edilən oyunçuları sırasında rast gəlinmədi.

“Bakı”nın rəsmi saytı Latviya futbolu tarixində ən yaxşı bombardir olan Marisin zədələnməsi haqda heç bir məlumat yaymayıb. Ona görə də futbolçuyla tanınmış məşqçi arasında münaqişənin yaranması barədə şübhələr ortaya çıxıb”.

Xəbər 871 dəfə oxundu.