“Böyük Dəbilqə” turnirində çıxış edəcək millimizin heyəti açıqlanıb
Mayın 6-dan 8-dək Azərbaycanın ev sahibliyi edəcəyi cüdo üzrə “Böyük Dəbilqə” turnirində çıxış edəcək milli komandanın heyəti açıqlanıb.

Beynəlxalq yarışda Orxan Səfərov, İlqar Muşkiyev, Vüqar Şirinli, Elbrus Zamanov (hamısı 60 kq), Tərlan Kərimov, Telman Vəliyev, Famil Məmmədzadə, Orxan Əsgərzadə (hamısı 66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hamısı 73 kq), Abdülhəqq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev, Firudin Dadaşov, Vasif Şərbətli (hamısı 90 kq), Elxan Məmmədov, Cəlil Şükürov, Zelim Koçoyev, Kənan Abdullaxanlı (hamısı 100 kq), Uşanqi Kokauri, Xalid Mehdiyev, Nadir Hüseynov və Ayxan Cəfərov mükafat uğrunda mübarizə aparacaqlar.

Qadınlar arasında isə ölkəmizi 48 kiloqram çəkidə Aişə Qurbanlı və Şəfəq Məmmədova, eləcə də Şəhanə Alməmmədova (57 kq) və Gülsədəf Kərimova (63 kq) təmsil edəcək.

Xəbər 696 dəfə oxundu.